Müəllif:Mehin Qasımova/Banco.az
Hazırda dünya mərkəzi banklarının təxminən 90 faizi öz valyutalarının rəqəmsal versiyalarını araşdırır.
Banco.az xəbər verir ki, qlobal bank rabitəsi şəbəkəsi SWIFT yaxın bir-iki il ərzində mərkəzi bankın rəqəmsal valyutalarını mövcud maliyyə sistemi ilə əlaqələndirmək üçün yeni platforma işə salmağı planlaşdırdığını açıqlayıb.
SWIFT-in İnnovasiyalar Departamentinin rəhbəri Nik Keriqan bildirib ki, SWIFT-in qlobal bankçılıqdakı əsas rolunu nəzərə alsaq, bu inkişaf yeni yaranan CBDC ekosistemi üçün ən əhəmiyyətli addımlardan biri olacaq:
"Sınaqlar 6 ay ərzində aparılıb.Sınaqda 38 mərkəzi, kommersiya bankı və hesablaşma sistemləri iştirak edib".
Keriqan, bankların mövcud infrastrukturlarından istifadə edə biləcəyini də sübut edən nəticələrin iştirak edənlər tərəfindən uğur kimi tanındığını və SWIFT-ə üzərində işləmək üçün vaxt verildiyini söyləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!