Müəllif: Tamara Mustafayeva, Banco.az
“Heinz” ketçup yeyərkən özünü unudanlar üçün yeni bir həll tapıb.
Banco.az xəbər verir ki, sosial mediada tez-tez ketçup qəzaları ilə bağlı rəyləri görən “Heinz” markasının həmişə riskə dəyər olduğuna inananlar üçün 57 müxtəlif növ zərəri əhatə edən hərtərəfli sığorta və müavinətlər paketi hazırlayıb.
Çıxarılması çox çətin olan ketçup ləkələrinə qarşı hazırlanmış bu sığorta xalçalarınızı, paltarlarınızı, avtomobillərinizi və hətta ev heyvanlarınızı da əhatə edir. Kompleks sığorta kampaniyasına kiçik hadisələr üçün müəyyən kompensasiyalar daxildir. Bu kompensasiyalara ev təmizləmə xidmətləri, camaşırxana yardımı, usta xidmətləri və rahatlaşdırıcı spa prosedurları kimi müxtəlif sahələrdə xidmətlər daxildir.
“Heinz” ketçupundan istifadə edən insanlar ketçupla bağlı hər hansı qəza ilə qarşılaşdıqları təqdirdə sığortanın əhatə etdiyi istənilən kompensasiyadan yararlana bilərlər.
Qeyd edək ki, hazırda təkcə Ərəbistanda mövcud olan sığorta xidmətindən yararlanmaq çox asandır. Belə ki, sadəcə olaraq #HeinzKetchupInsurance həştəqindən istifadə edərək Heinz Arabia veb-saytı və sosial media kanalları vasitəsilə müraciət etmək kifayətdir.
Bizi sosial şəbəkələrdən izləyin!!