Avropa İttifaqı Misirə külli miqdarda vəsait ayrılacağını açıqlayıb | Banco.az

Avropa İttifaqı Misirə külli miqdarda vəsait ayrılacağını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Avropa ölkələrinə gələn immiqrantların sayını azaltmaq üçün Misirə külli miqdarda vəsait ayrılacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və İtaliya, Avstriya, Yunanıstan, Belçika və Cənubi Kipr liderlərindən ibarət nümayəndə heyətinin Qahirə səfəri zamanı açıqlanan razılaşma çərçivəsində Aİ-nin Misirlə əlaqələri “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılacaq.

Tərəflər arasında bərpa olunan enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı artıracaq razılaşma çərçivəsində Misirin sarsılmış iqtisadiyyatına qarşıdakı üç il ərzində dəstək üçün qrantlar, kreditlər və fondlar veriləcək.

Aİ-nin bəyanatında deyilənə görə, hazırlanan maliyyə paketi çərçivəsində Misirə 5 milyard avro aşağı faizli kredit veriləcək, əlavə olaraq 1,8 milyard avro sərmayə qoyulacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, 200 milyon avrosu miqrasiya ilə mübarizə üçün olmaqla 600 milyon avro qrant veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et