Narahatlıq hissinin faydalarından xəbəriniz varmı? | Banco.az

Narahatlıq hissinin faydalarından xəbəriniz varmı?

Müəllif: Tamara Mustafayeva, Banco.az

İş və ya şəxsi həyatınızda qaydasında olmayan hadisələrlə bağlı daim narahatlıq hissi keçirə bilərsiniz. Sizdə bu cür hisslərin yarandığını görən insanlar adətən bunun təkcə mənfi tərəflərini dilə gətirib sizi o anki vəziyyətdən uzaqlaşdırmağa çalışırlar. Ancaq əmin olun ki, bir vaxtlar inandığınız həqiqətlər, əslində, doğru olmaya bvə bu mövzuda bir çox elmi sübutlar da mövcuddur.

Belə ki, narahatlıq hissi duymağınızın IQ (intellektual zəka) ilə əlaqəsinin olması heç ağlınıza belə gəlməyib, ancaq, əslində, narahatlıq hissi zəka səviyyəsinin yüksək olduğunu göstərir. Hətta daima narahatlıq hissi yaşayan insanlar üçün bu halın bir çox faydaları da var ki, gəlin həmin faydalarla tanış olaq.

1. İnsanlarla ünsiyyəti əsla kəsmirsiniz.

Dostlarınızın həyatında baş verən hadisələrdən həmişə xəbərdar olursunuz, çünki onlara dəyər vermədiyinizi düşünmələrini istəmirsiniz. Onlar haqqında daima düşünür və necə olduqları ilə maraqlanırsınız.

2. İşləri yekunlaşdıran həmişə siz olursunuz.

Müntəzəm olaraq narahatlıq hissi keçirirsinizsə, işlərinizi yekunlaşdırmadan əsla rahat ola bilmərsiniz. Hətta etdiyiniz işin əlindən gələnin ən yaxşısı olmasını istəyirsiniz.

3. Hər kəs sizin necə bir insan olduğunuzu bilər.

Daima nədənsə narahatlıq duyan insanlar bu vərdişlərindən əl çəkə bilməzlər. Hisslərinizdən əsla utanmırsınız və bütün dostlarınız bu xüsusiyyətinizi yüksək qiymətləndirir.

Ən sərfəli kredit üçün müraciət et

4. Narahatlıq hissi prioritetlərinizi dəqiq müəyyənləşdirməyini təmin edir.

Hər hansı bir hadisə haqqında narahatlıq duymaq və həmin hadisəni daima fikirləşmək, əslində, həyatınızda nəyə daha çox əhəmiyyət verdiyinizi müəyyən edir. Narahatlıq hissinin vaxt itkisi olduğunu əsla düşünməyin. Çünki bu zaman etmək istədiklərinizi ardıcıl olaraq müəyyənləşdirmiş olursunuz.

5. Səhvlərdən nəticə çıxarmağınıza səbəb olur.

Eyni hadisələri daima fikirləşən və düşüncələrində canlandıran insanlar səhvlərdən ən çox nəticə çıxaran insanlardır.

Nə qədər çətin bir hadisə olursa olsun, narahatlıq hissi keçirmək onları eyni səhv qərarı yenidən verməkdən yayındırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram