“Hyundai” yanğın təhlükəsi səbəbilə avtomobillərinin bir hissəsini geri çağırır | Banco.az

“Hyundai” yanğın təhlükəsi səbəbilə avtomobillərinin bir hissəsini geri çağırır

Müəllif:Mehin Qasımova/Banco.az

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Cənubi Koreyanın  Hyundai şirkəti ABŞ-da geri çağırma kampaniyası elan edib.

Banco.az xəbər verir ki, Reuters məlumat yayıb.

Belə ki,neft sızması səbəbindən şirkət 28 439 avtomobili geri çağıracaq.Məlumata görə, bu problem mühərrik bölməsində yanğın riskini artıra bilər.

Geri çağırılmaya 3,3 litrlik turbomühərrikli V6 mühərriki ilə təchiz edilmiş 2018-2020 Genesis G80, 2017-2022 G90 və 2019-2022 G70 daxildir.

Bundan əlavə,Hyundai və Kia Cənubi Koreyada enerji doldurma sistemlərində proqram təminatı ilə bağlı problemlərə görə 220 mindən çox elektrik avtomobilini geri çağıracaq. Avadanlıqlarda aşağı gərginlikli akkumulyatorlara enerji verilməsinə mane ola biləcək və nəqliyyat vasitələrinin hərəkət zamanı dayanmasına səbəb ola biləcək xətalar aşkar edilib. Problemlər təxminən 170 min İoniq və Genesis Hyundai avtomobilinə və 56 mindən çox Kia avtomobilinə təsir edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram