“Dropshipping” haqqında bilməli olduğumuz vacib məqamlar | Banco.az

“Dropshipping” haqqında bilməli olduğumuz vacib məqamlar

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Dropshipping ideyasına görə öz stabil işini atıb, sonra müflis olub, yenidən iş axtaran adamlar tanıyıram. Dropshipping özünüməşğulluq üçün yaxşıdır. Amma riskləri var və real vəziyyəti heç kim demir”.

Banco.az-ın məlumatına görə bu fikirləri Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova deyib.

O hesab edir ki, “dropshipping” zamanı  ola bilsin satılan məhsul tapmaya bilərsiniz, amma  bu çox davam etməyə bilər. Yəni mənfiyə getmək şansı çoxdur:

“Dropshipping passiv gəlir deyil. Ona daim vaxt ayırmaq lazımdır. Bəzən isə bu işi komanda şəklində etmək lazımdır. “Dropshipping” bəzən yerində saymaq deməkdir. 5 ildən sonra eyni yerdə ola bilərsiniz. Bu vasitəsi ilə varlı olmaq mümkün deyil. Heç bir “dropshipping” şirkəti,heç vaxt Forbes -100 şirkəti arasında olmayıb və çox güman ki, heç vaxt olmayacaq. Bu işə başlamaq üçün minimum 1500-2000$ vəsaitiniz olmalıdır. Və siz hər an o vəsaiti itirməyə hazır olmalısınız”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram