Françayzinq nədir və necə işləyir? | Banco.az

Françayzinq nədir və necə işləyir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hazırda dünyada françayzinq biznes təşkili forması çox maraqla qarşılanır. Bəzi iş adamlarının karyera yollarına baxdıqda bu metoddan istifadə etdiklərini görmək mümkündür. Bəs Françayzinq nədir?

Banco.az bu barədə olan məlumatı təqdim edir:

Françayzinq müəyyən bir haqq qarşılığında bir şirkətin (françayzer) başqa bir şirkətə (françayzi) öz əmtəə nişanını (brend), biznes modelini və bunlarla bağlı olan bacarıq və xidmətini satması deməkdir. Françayzerin uğuru françizinin uğurundan asılıdır. O, istədiyi kimi şirkətini idarə edə, qiymətlərini qoya, işçi və təchizatçılarını seçə bilər. 

Françayzere françayzinq müqaviləsinə əsasən 3 növ haqq ödənilir:

Əmtəə nişanından istifadəyə görə ödənilən “royaliy” adlanan haqq

Biznes sisteminin bir parçası olmaq üçün ödənilən haqq

Treyninq və konsultasiya xidmətlərinə görə ödənilən haqq

Françayzinqin növləri hansılardır?

Sistemin tətbiq olunduğu ölkəyə görə, Françayzinq sistemi tətbiqetmə baxımından iki qrupa ayrılır.

Milli françayzinq

Beynəlxalq françayzinq

Ən sərfəli kredit üçün müraciət et

Bəs, niyə françayzinq sisteminə keçilməlidir?

Biznesinizi qurarkən sərf edəcəyiniz vaxt əvəzinə françayzinq sistemi ilə vaxtınıza və enerjiyə qənaət edə bilərsiniz. Françayzinq sistemi illər ərzində qazandığınız biliklər sayəsində qısa müddətdə sizə rəqabət üstünlüyü verir. Sıfırdan bir şirkət qurmaqdansa, françayzinq biznesinə başlamağın üstünlükləri və mənfi cəhətləri var.
Reklam, tanıtım və ya brendinq kimi proseslərə ehtiyac yoxdur və birbaşa yüksək dövriyyəyə çatmaq , yerli rəqiblər üzərində rəqabət üstünlüyü əldə etmək mümkündür.  Yeni və kiçik müəssisələrin üzləşdiyi risklərin minimuma endirilməsi, ana şirkət tərəfindən veriləcək texniki dəstək sayəsində, qoyulan investisiyanın uğur qazanma ehtimalı artır.
Qeyd edək ki, Azərbaycanda McDonalds, Yves Rocher, KFC, RemaX kimi şirkətlər, eyni zamanda bir çox otellər françayzinq müqaviləsi əsasında fəaliyyət göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et