Azərbaycanda bu il 1 mln. tondan artıq neft emal olunub | Banco.az

Azərbaycanda bu il 1 mln. tondan artıq neft emal olunub

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 1,1 milyon tona yaxın neft emal edilib.

Bu barədə Energetika Nazirliyi məlumat verir.

    Nazirliyin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 1,1 milyon. ton neft emal olunub. Beləliklə, illik müqayisədə cari ilin yanvar-fevral aylarında neft emalı göstəricisi dəyişməyib.

    Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

    Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

    Ən sərfəli kredit üçün müraciət et

    apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et