Bayden 2025-ci il maliyyə ili üçün büdcə təklifini irəli sürüb | Banco.az

Bayden 2025-ci il maliyyə ili üçün büdcə təklifini irəli sürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bayden 2025-ci il üçün 7,3 trilyon dollarlıq büdcə təklifi irəli sürüb.

Banco.az xəbər verir ki, Ağ Ev oktyabrın 1-də başlayacaq 2025-ci maliyyə ili üçün dövlət xərclərini ehtiva edən büdcə təklifini ABŞ Konqresinə təqdim edib.

Bayden administrasiyasının növbəti maliyyə ili üçün büdcə təklifi 2024-cü maliyyə ilinin 5 ayı keçməsinə baxmayaraq, bəzi dövlət qurumlarına maliyyə təmin edəcək büdcə qanun layihəsinin hələ də Konqresdə müzakirə edildiyi bir vaxta təsadüf edir.

ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinə aylar qalmış hazırki prezident Baydenin siyasi baxışını da əks etdirən büdcə təklifinə görə, 2025-ci maliyyə ilində 5,5 trilyon dollar gəlir, 7,3 trilyon dollarlıq xərc nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Bayden 2024-cü maliyyə ili üçün büdcə təklifində 6,9 trilyon dollar xərcləmə nəzərdə tutmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et