"Qırmızı dənizdə kabellərin bərpası çox vaxt aparacaq" | Banco.az

"Qırmızı dənizdə kabellərin bərpası çox vaxt aparacaq"

Müəllif:Mehin Qasımova/Banco.az 

Xəbər verdiyimiz kimi, Qırmızı dənizdə internet kabelləri kəsildiyi üçün sosial şəbəkələrdə nasazlıq yaranıb.

Banco.az xəbər verir ki, Honq Konq telekommunikasiya şirkəti HGC Global Communications-a görə, dörd əsas telekommunikasiya şəbəkəsinə aid kabellər “kəsilmiş” və bu, Yaxın Şərqdə rabitə şəbəkələrinin  çökməsinə səbəb olub.

Bu səbəbdən instaqram və feysbuk sosial şəbəkələrinin işində qlobal problem yaranıb.

HGC hesab edir ki, bu, Asiya və Avropa, eləcə də Yaxın Şərq ölkələrinin 25%-nə təsir edib. Şirkət müştərilərin narahatlığını minimuma endirmək üçün trafikin istiqamətini dəyişdirdiyini və həmçinin "təsirə məruz qalan müəssisələrə yardım göstərdiyini" söyləyib.

"Qırmızı dənizdə zədələnmiş sualtı rabitə kabellərinin bərpası əhəmiyyətli investisiya tələb edəcək,  bu uzun müddət çəkəcək və beynəlxalq ticarət, maliyyə əməliyyatlarına mənfi təsir göstərə bilər".

Bu fikri  Milli Fizika və Riyaziyyat Mərkəzinin (NCFM) elmi direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Sergeev deyib.

Bizi sosial şəbəkələrdən izləyin!

Facebook

Instagram

Telegram