Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay ərzində Azərbaycanda “Instagram”dan istifadə azalıb, “YouTube”dan istifadə isə artıb.
Banco.az “Statcounter”ə istinadən xəbər verir ki, fevralda bu sosial şəbəkələrdən istifadə müvafiq olaraq 32,01% və 15,5% təşkil edib.
Yanvarda “Instagram”dan istifadə 37,17 faiz, “YouTube”dan istifadə isə 13,29 faiz olub.
Qeyd edək ki, 2023-cü ildə “Instagram”dan ən çox istifadə iyul ayında (53,76%), “YouTube”dan ən çox istifadə isə mart ayında (23,49%) qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!