Avrozonada istehsalçı qiymətləri azalıb | Banco.az

Avrozonada istehsalçı qiymətləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvar ayında Avrozonada istehsalçı qiymətləri azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın yanvar ayı İstehsalçı Qiymət İndeksi (PPI) məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Aİ-də PPI yanvar ayında əvvəlki aya görə 0,9 faiz, 2023-cü ilin eyni ayına görə isə 8,4 faiz azalıb.

Avrozonada PPI yanvar ayında aylıq 0,9 faiz, illik isə 8,6 faiz azalıb. Bazarların proqnozu Avrozonada PPI-ın aylıq 0,1 faiz, illik isə 8,1 faiz azalacağı idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram