Ekoloji cəhətdən təmiz avtomobillər açıqlanıb: Ən yaxşı 10 modeli təqdim edirik | Banco.az

Ekoloji cəhətdən təmiz avtomobillər açıqlanıb: Ən yaxşı 10 modeli təqdim edirik

Müəllif:Mehin Qasımova/Banco.az

Ekoloji cəhətdən təmiz avtomobillərin yer aldığı 2024 GreenerCars siyahısı açıqlanıb. 

Banco.az xəbər verir ki, Enerji Effektiv İqtisadiyyat üzrə Amerika Şurasının (ACEEE) dərc etdiyi siyahıda olan avtomobillər bir çox sınaqlardan keçir.

Bu testlər arasında yanacaq və elektrik enerjisi istehlakı, emissiyalar, avtomobil istehsalı və təkrar emalı da var.

GreenerCars 2024-ün qalibi 71 xalla Toyota Prius Prime SE olub. Avtomobil əvvəllər də  iki dəfə birinci yeri qazanıb.

Toyota Prius Prime SE plug-in hibrid avtomobil  kimi tam elektrik modellərini geridə qoymağı bacarıb .

Ekoloji cəhətdən təmiz 10 avtomobil:

Toyota Prius Prime SE - 71 xal

Lexus RZ 300e - 67 xal

Mini Cooper SE - 67 xal

Nissan Leaf - 66 xal

Toyota bZ4X - 66 xal

Toyota RAV4 Prime - 64 xal

Hyundai Elantra Blue - 64 xal

Hyundai Kona Electric - 63 xal

Toyota Camry LE - 63 xal

Kia EV6 - 63 xal

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram