Çin 2024-cü ildə 12 milyon yeni iş yeri yaratmağı planlaşdırır | Banco.az

Çin 2024-cü ildə 12 milyon yeni iş yeri yaratmağı planlaşdırır

Müəllif:Mehin Qasımova/Banco.az

Çin bu il 12 milyondan çox yeni iş yeri yaratmağı planlaşdırır. 

Banco.az xəbər verir ki, bu barədə 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin (parlament) 2-ci sessiyasının açılışında dərc olunmuş hesabatda deyilir.

Belə ki,2024-cü ildə Çində işsizlik səviyyəsinin təxminən 5,5% olacağı qeyd olunur. 

Rəsmi hesablamalara görə, 2023-cü ildə Çində 12,44 milyon yeni iş yeri açılıb. Ölkədə işsizlik səviyyəsi 0,4 faiz bəndi azalaraq 5,2 faiz təşkil edib. Bu göstərici yalnız şəhərlərdəki vəziyyəti nəzərə alır: Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi əsas amillərin, xüsusən də əmək miqrasiyasının spesifik xarakterinə görə müntəzəm hesabatlarda kənd yerlərində məşğulluq bazarı haqqında məlumatları təqdim etmir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram