"Fiat 500e" ilin ən ekoloji təmiz avtomobili seçildi | Banco.az

"Fiat 500e" ilin ən ekoloji təmiz avtomobili seçildi

Müəllif:Mehin Qasımova/Banco.az

"Fiat 500e" ilin ən ekoloji təmiz avtomobili seçilib.

Banco.az xəbər verir ki, "Fiat 500e" Green Car Journal tərəfindən "İlin  yaşıl şəhər avtomobili" mükafatını qazanıb.

"Fiat 500e" 2020-ci ildə Avropada satışa çıxarıldıqdan sonra 10 ölkədə 43 beynəlxalq mükafatı qazanmağı bacarıb və satışa çıxarılandan bəri dünya üzrə 185 mindən çox satılıb.

Avtomobilin Baş İcraçı Direktoru (CEO) Olivier Francois, 500e-nin satışa çıxarıldığı gündən Avropada elektrikli şəhər avtomobili seqmentinin lideri kimi özünü sübut etdiyini bildirib. Beynəlxalq meqapolislərin ekoloji cəhətdən təmiz transformasiyasında rol oynamağa davam edən 500e hazırda brendin dünyanın 44 ölkəsində elektrikləşdirmə səyahətini davam etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et