Elon Mask: “2025-ci ildə elektrik enerjisi qıtlığı olacaq” | Banco.az

Elon Mask: “2025-ci ildə elektrik enerjisi qıtlığı olacaq”

Müəllif:Mehin Qasımova/Banco.az

Dünya şöhrətli sahibkar və Tesla-nın baş direktoru İlon Mask qlobal elektrik çatışmazlığının ola biləcəyi barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, İlon Mask 2025-ci ildə süni intellektin və elektromobil sənayesinin sürətli inkişafı səbəbindən elektrik enerjisi çatışmazlığının olacağını bildirib.

Maskın xəbərdarlığı qlobal enerji böhranının dərinləşməsi və qalıq yanacaqlardan asılılığın artması ilə gündəmə gəlib.

Mütəxəssislər bildirirlər ki, artan əhali və sənayeləşmə enerji tələbatını artırır və bərpa olunan enerji mənbələrinə keçid kifayət qədər sürətli deyil.

Tesla-nın  CEO-su  əlavə edib ki, süni intellekt hesablamalarının həcmi hər altı ayda 10 dəfə artır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün çipləri işlətmək üçün kifayət qədər elektrik tapa bilməyəcəklərini ifadə edən İlon Mask, elektrikli nəqliyyat vasitələri və süni intellekt kimi yüksək enerji tələbatı olan iki sektorun eyni vaxtda populyarlaşmasının elektrik avadanlıqları və enerjiyə böyük tələbat yaratdığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et