Neftin qiyməti OPEC+ ölkələrinin qərarı fonunda artdı | Banco.az

Neftin qiyməti OPEC+ ölkələrinin qərarı fonunda artdı

Müəllif:Mehin Qasımova/Banco.az 

Bəzi OPEC+ ölkələrinin könüllü neft hasilatının azaldılması fonunda neftin qiyməti artıb.

Banco.az xəbər verir ki,  Brent markalı neftin qiyməti  0,44% artaraq bir barel üçün 83,93 dollar təşkil edib.

Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 0,11% artaraq bir barel üçün 79,98 dollar olub.

Martın 3-də bir sıra OPEC+ ölkələri, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının əlavə könüllü azaldılması üçün ilkin olaraq birinci rüb üçün nəzərdə tutulan tədbirlərin 2024-cü ilin ikinci rübünə qədər uzadıldığını elan ediblər. Rusiya ikinci rübdə neft hasilatı və ixracının üç ay ərzində orta hesabla 471 min barel azaldığını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et