Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin fevral ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 23 mlrd. 566 mln. manat təşkil edib. Bunun da 76.8%-i və ya 18 mlrd. 101 mln. manatı Bakı şəhərinin payına düşüb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.1% və ya 3 mlrd. 32 mln. manat artıb.
Qeyd edək ki, 2023-ci ilin fevral ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 15 mlrd. 69 mln. manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!