Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 80 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (27 fevral) müqayisədə 25,1 milyon dollar və ya 23,9% azdır.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın əvvəlindən bəri keçirilən 9 hərracda bankların dollar tələbi 870,6 milyon ABŞ dollar təşkil edib.
Tarix (fevral ayı üzrə) |
Tələb |
29 fevral |
80 milyon dollar |
27 fevral |
105,1 milyon dollar |
22 fevral |
108,1 milyon dollar |
20 fevral |
102,6 milyon dollar |
15 fevral |
103,9 milyon dollar |
13 fevral |
151,1 milyon dollar |
8 fevral |
61,4 milyon dollar |
6 fevral |
79,7 milyon dollar |
1 fevral |
78,7 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!