"Google" süni intellektlə yazılan xəbərləri dəstəkləyəcək | Banco.az

"Google" süni intellektlə yazılan xəbərləri dəstəkləyəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Ənənəvi  xəbər mənbələrinə tələbat azaldıqca, onlayn jurnalistika və süni intellekt (AI) tərəfindən yaradılan xəbərlərin populyarlığı artır.

İnternet jurnalistikası istifadəçilərin seçim və maraqlarına uyğun xəbər məzmunu təqdim etməklə yanaşı, sürətli informasiya axınını təmin etməsi ilə diqqəti cəlb edir.

Süni intellekt isə böyük məlumatların təhlili və öyrənmə alqoritmləri vasitəsilə xəbər məzmununun istehsalı və fərdiləşdirilməsi prosesini optimallaşdırır.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Google bəzi xəbər mənbələri ilə xüsusi razılıq əldə edib.

Bu müqavilə süni intellekt tərəfindən yaradılan xəbərlərin müntəzəm olaraq dərc olunmasına imkan verəcək.

Google-un müqavilə bağladığı saytlar Google tərəfindən hazırlanmış xüsusi süni intellektdən istifadə edərək xəbərlər hazırlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

12 aylıq müqavilə çərçivəsində şirkətlər süni intellektlə gündə 3 xəbər, həftədə 1 press-reliz və ayda 1 marketinq kampaniyası məzmunu hazırlayıb dərc edəcək. Google müqaviləyə uyğun gələn internet saytlarına 10 min dollar ödəyəcək.

Qeyd edək ki, texnologiya nəhəngi süni intellektlə kifayət qədər resursu olmayan kiçik xəbər nəşriyyatlarına dəstək olmağı qarşısına məqsəd qoyub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram