Bitkoindən növbəti rekord | Banco.az

Bitkoindən növbəti rekord

Müəllif:Mehin Qasımova/Banco.az

Bitkoinin qiyməti 2021-ci il noyabrın 14-dən bəri ilk dəfə olaraq 64 min dolları ötüb.

Banco.az xəbər verir ki, "Binance" platformasının  məlumatına görə, ticarət sessiyası zamanı bitkoinin dəyəri 12,25% artaraq 64 min dollara çatıb.

Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 2021-ci il noyabrın 14-də 64 min dollara çatıb.

Bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “minalana” (verilə bilər). 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram