Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Macy's” 2026-cı ilə qədər təxminən 150 mağazasını bağlayacağını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, yeni strategiya çərçivəsində 2026-cı ilə qədər səmərəsiz 150-yə yaxın mağazanın fəaliyyəti dayandırılacaq və əsas diqqət mərkəzi resurslara yönəldiləcək.
Açıqlamada o da qeyd olunub ki, şirkətin əsas diqqəti lüks bazara çevriləcək.
Digər tərəfdən, “Macy's” ötən ilin son rübü üzrə balans hesabatını da açıqlayıb.
Hesabata görə, şirkətin xalis satışları 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq 8,1 milyard dollar hesablanıb. “Macy's”in xalis satışları ümumilikfə 2023-cü ildə isə illik 5,5 faiz azalaraq 23,1 milyard dollara düşüb.
Bundan əlavə, şirkət ötən ilin son rübündə 71 milyon dollar zərərlə üzləşib.
Bizi sosial şəbəkələrdən izləyin!!