Müəllif:Mehin Qasımova/Banco.az
Coindesk birjasında ticarət zamanı bitkoinin məzənnəsi 57 min dolları keçib.
Banco.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında qeyd edilib.
Günün əvvəlindən bəri ən populyar kriptovalyuta 2021-ci ilin dekabrından bu yana rekord səviyyəyə qalxıb. Ticarət platforması açılandan bəri onun dəyəri 3,5 faizdən çox artıb.Daha sonra onun qiyməti 4,4 faiz artaraq 57,039 dollara dollara qədər bahalaşıb.
Ekspertlərin fikirincə, qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik səbəbindən kriptovalyuta bahalaşır.
Avropa Mərkəzi Bankının (ECB) Bazar İnfrastrukturu və Ödənişlər Departamentinin baş direktoru Ulrix Bindsey daha əvvəl Bitcoin-in dəyərinin sıfır olduğunu bildirib:
"Əsas kriptovalyuta investisiya üçün yaxşı seçim deyil, nə də ödəniş vasitəsi kimi istifadə üçün uyğun deyil".
Bizi sosial şəbəkələrdən izləyin!!