Azərbaycanda İslam bankçılığı sistemi yaradılır – Banklar faizsiz kredit verəcək? | Banco.az

Azərbaycanda İslam bankçılığı sistemi yaradılır – Banklar faizsiz kredit verəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Mərkəzi Bankın İdarə Heyəti 2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyasını təsdiq edib. Strategiyaya əsasən, Azərbaycanda İslam bankçılığı sistemi yaradılır. Hazırda bir çoxlarını maraqlandıran bu sistemlə kredit götürən zaman faizin olub-olmaması ilə bağlıdır.

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, burada faiz elementi olsa da, açıq formada olmayacaq.

“İslam bankçılığı sistemi  daha çox biznes maliyyələşdirilməsi kimi ortaya çıxacaq. Yəni faiz elementi mənfəətə qoyulacaq. Bu bank sistemi  kreditlərin maliyyələşdirilməsi zamanı da şirkətin mənfəətinə bağlanacaq. Dünya tətbiq edilən İslam bankçılığı  təcrübəsinə əsasən, bu sistemdə daha çox biznes maliyyələşməsinə çalışırlar. Proses zamanı birbaşa faiz elementindən çox mənfəətin paylanması, bölüşdürülməsi düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda  şirkətin səhmlərinə müəyyən dövr ərzində də sahib olub, oradan divident götürülməsi kimi yanaşılır. Bu zaman yenə qazanc götürülür, amma bu birbaşa faiz kimi deyil, mənfəətdən dividend pay kimi tənzimlənir”.

Xalid Kərimli qeyd edib ki, İslam bankçılığı sistemində faiz almayacaqlarına görə, istehlak kreditlərinin marağında olmayacaqlar:

“Daha çox sahibkarlıq kreditləri diqqət mərkəzində və ön planda olacaq. Vətəndaşlar fikirləşməsinlər ki, faiz olmadan pulu qoyub götürə bilərlər. O zaman heç kəsin bu banka əmanət yerləşdirməsinə marağı olmazdı. Sadəcə olaraq bu sistemdə faiz elementi mənfəətin bölüşdürülməsi,  digər məsələlər formasında ortada olacaq”.

Ən sərfəli krediti almaq üçün müraciət et