Ötən ay Azərbaycanın sığorta bazarı 5%-dən çox artıb | Banco.az

Ötən ay Azərbaycanın sığorta bazarı 5%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar ayında 139 milyon 114 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 7 milyon 300 min manat və ya 5,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38 milyon 783 min manata bərabər olub. Bu da illik müqayisədə 3 milyon 615 min manat və ya 10,3% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram