Qətər LNG istehsal gücünü artıracaq | Banco.az

Qətər LNG istehsal gücünü artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qətər 2030-cu ilə qədər mayeləşdirilmiş təbii qaz (LNG) istehsal gücünü 77 milyon tondan 142 milyon tona çatdıracağını açıqlayıb.

Banco.az xəbər verir ki, Qətərin energetika naziri və “QatarEnergy” şirkətinin baş icraçı direktoru Səd bin Şəridə əl-Kəbi ölkənin paytaxtı Dohada istehsal gücünün artırılması işləri ilə bağlı açıqlamalar verib.

Onun sözlərinə görə, LNG istehsal gücünün artırılması ilə bağlı mövcud araşdırmalara əlavə olaraq ildə 16 milyon tonluq yeni bir araşdırma da həyata keçiriləcək.

Qeyd edək ki, hazırda dünyanın ən böyük LNG ixracatçılarından biri olan Qətərin hazırkı gücü ildə 77 milyon tondur. Qətər hökuməti son illərdə bu həcmin 2027-ci ilə qədər 126 milyon tona çatdırılacağını açıqlamışdı. Bu yeni araşdırma ilə istehsal gücündə hədəf 2030-cu il üçün 142 milyon tona çatdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu da o deməkdir ki, ölkənin LNG istehsal gücü 85 faiz artacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et