Biznes plan nə üçün vacibdir? | Banco.az

Biznes plan nə üçün vacibdir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Biznes geniş termin olsa da bir işə başlamazdan əvvəl biznesin nədən ibarət olduğunu, bizneslə əlaqəli hər hansı fəaliyyətləri aydın şəkildə təhlil etmək lazımdır.

Banco.az-ın məlumatına görə, bu istiqamətdə  güclü biznes planı hazırlamaq müəssisənin sürətlə böyüməsinə xidmət edəcəkdir. Belə şirkətlərin uzunmüddətli perspektivdə uğursuzluğa düçar olma ehtimalları azdır.

Kreditorlar və investorlar hər zaman biznes planlarına ehtiyac duyurlar.

Əgər biznesinizi inkişaf etdirirsinizsə və biznes krediti almağı və ya investorlarla əməkdaşlıq etməyi planlaşdırırsınızsa, sizə biznes plan lazımdır. Ümumiyyətlə, biznes planları riski azaldır. Biznesə başlamaq və idarə etmək həmişə risklidir. 

Uğurlu biznes planı şirkətin maliyyə məqsədlərini əks etdirən və onlara necə nail olacağınızı izah edən sənəddir.

Güclü, ətraflı plan biznesin növbəti üç-beş il üçün yol xəritəsini təqdim edir. Siz bu planı hətta potensial investorlar, kreditorlar və ya digər mühüm tərəfdaşlarla paylaşaraq ideyanızı daha ətraflı başa sala bilərsiniz.

Yaxşi biznes plan hazırlamaq üçün şirkətin gələcək addımlarını təsvir edən məlumatlar olmalıdır. Biznes planda şirkətinizin məqsədlərini, uzunmüddətli perspektivdə nəyə nail olmaq istədiyinizi dəqiqliklə təsvir etməlisiniz.

Əgər biznes krediti və ya kənar sərmayə axtarırsınızsa, bu bölmədə o barədə qeydlər apara bilərsiniz.

Aşağıda biznes planda qeyd olunması vacib olan məqamlar yer alıb.

  1. Məhsul və ya xidmətinizin necə işlədiyinə dair izahat.
  2. Məhsul və ya xidmətiniz üçün qiymət modeli.
  3. Xidmət etdiyiniz tipik müştərilər.
  4. Təchizat zənciriniz və sifariş götürmək strategiyanız.
  5. Sizin satış strategiyanız.
  6. Paylama strategiyanız.

Unutmayın ki, bu işdə  bazar araşdırması, marketinq və satış planlaması etmək önəmlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram