Argentinada yoxsulluq rekord həddə çatıb | Banco.az

Argentinada yoxsulluq rekord həddə çatıb

Müəllif:Mehin Qasımova/Banco.az

Argentinanın yeni prezidenti Xavyer Mayli vəzifəyə gəldikdən sonra ölkədə yoxsulluq rekord həddə çatıb.

Banco.az  bu barədə Argentina Katolik Universitetinin (UCA) hesabatına istinadən xəbər verir .

Məlumata görə, yanvarda Argentinada yoxsulluq səviyyəsi 57,4 faizə çatıb ki, bu da son 20 ilin ən yüksək səviyyəsidir. Maylinin pesonun dollar qarşısında dəyərini yarıya endirmək və vergiləri artırmaq qərarlarından əvvəl yoxsulluq səviyyəsi 49,5 faiz idi. Hazırda on argentinalıdan altısı yoxsulluq həddinin altında yaşayır.

Analitiklər hesab edir ki, Libertar Mayli seçkilərə pesodan imtina edərək Amerika dollarının xeyrinə şüarlarla qatılıb. O, açılış nitqində ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda şok tədbirlərinə ehtiyac olduğunu bildirib. Eyni zamanda, o, hakimiyyətə gəldikdən sonra  nə valyutanı dəyişdirdi, nə də Mərkəzi Bankı bağladı.

İqtisadiyyatı sarsıtmaq üçün yeni seçilmiş prezident 300-dən çox liberallaşdırma islahatını tətbiq edən fövqəladə fərman izmaladı. Bunlar arasında nazirliklərin sayının iki dəfə azaldılması, enerji və nəqliyyat subsidiyalarının azaldılması, bütün infrastruktur layihələrinin dondurulması var.

Qeyd edək ki, 2023-cü ilin sonunda Argentina Venesuelanı keçərək dünyada ən yüksək inflyasiyaya malik ölkə oldu. Argentina milli valyutasının devalvasiyası fonunda qiymət artımı noyabrda 161 faizdən ilin sonunda 211 faizə qədər sürətləndi. 2022-ci ildə bu rəqəm 91 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram