Müəllif:Mehin Qasımova/Banco.az
"Ethereum" kriptovalyutası dəyər artımına görə Bitcoin-i geridə qoyub.
Banco.az xəbər verir ki, Coindesk platformasının məlumatlarına görə, son yeddi gündə onun dəyəri 16% artıb.
Məlumata görə, son yeddi gündə kriptovalyutanın dəyəri 16% artaraq son iki ildə ilk dəfə 2,9 min dollardan çox olub. Bitkoinin dəyəri isə 8,5% artaraq 52,3 dollar təşkil edib.
Qeyd edək ki, "Ethereum", Bitcoin-dən sonra dünyanın ikinci ən böyük kriptovalyutasıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!