Türkiyədə xoşbəxtlik nisbəti artıb | Banco.az

Türkiyədə xoşbəxtlik nisbəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə xoşbəxtlik nisbəti artsa da, əsas problem yaşayış xərcləridir.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) Həyat Məmnuniyyəti Araşdırması 2023-cü il məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, xoşbəxt olduğunu qeyd edən 18 yaş və yuxarı şəxslərin nisbəti 2022-ci ildə 49,7 faiz idisə, 2023-cü ildə 3,0 bənd artaraq 52,7 faizə yüksəlib. Xoşbəxt olmadığını deyən şəxslərin nisbəti 2022-ci ildə 15,9 faiz olduğu halda, 2023-cü ildə 2,2 bənd azalaraq 13,7 faizə düşüb.

Ölkənin ən mühüm problemi araşdırıldığında bəlli olub ki, 2020-ci ildə işsizlik 18,5 faizlə birinci, yaşayış minimumu 17,3 faizlə ikinci, təhsil isə 17,2 faizlə üçüncü yerdə idi. 2023-cü ildə yaşayış minimumu 33,8 faizlə birinci, təhsil 16,5 faizlə ikinci, yoxsulluq isə 13,4 faizlə üçüncü yerdədir.

Xoşbəxt olduğunu qeyd edən kişilərin nisbəti 2022-ci ildəki 46,5 faizdən 2023-cü ildə 50,3 faizə yüksəlib. Qadınlar üçün isə bu nisbət 2022-ci ildə 52,7 faiz, 2023-cü ildə isə 55,1 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Evli şəxslərin subaylara nisbətən daha xoşbəxt olduğu müşahidə edilib. Belə ki, 2023-cü ildə xoşbəxt olduğunu ifadə edən evli şəxslərin nisbəti 56,4 faiz olarkən, evli olmayanlar üçün bu nisbət 45,8 faiz olub. Evli insanların xoşbəxtlik səviyyəsi cinsiyyətə görə araşdırıldığında, evli kişilərin 53,2, evli qadınların isə 59,5 faizinin xoşbəxt olduğu müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram