Azərbaycanda kərə yağı istehsalı azalıb, idxalı artıb | Banco.az

Azərbaycanda kərə yağı istehsalı azalıb, idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar ayında ölkədə 2 099,3 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% azdır.

Banco.az xəbər verir ki, bu ilin 1 fevral tarixində Azərbaycanda hazır kərə yağı ehtiyatı 23,9 ton olub.

Qeyd edək ki, ötən ay Azərbaycan 5 milyon 441 min dollar dəyərində 1 022.5 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Kərə yağı idxalı isə illik müqayisədə 11,1% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et