"Stellantis" 2023-cü ildə rekord gəlir əldə etdi: İşçilərinə 1,9 milyard avro paylayacaq | Banco.az

"Stellantis" 2023-cü ildə rekord gəlir əldə etdi: İşçilərinə 1,9 milyard avro paylayacaq

Müəllif:Mehin Qasımova/Banco.az

Avtomobil şirkəti "Stellantis" 2023-cü ildə maliyyə nəticələrini təqdim edib. 

Banco.az xəbər verir ki, şirkət 2023-cü ildə rekord gəlir əldə edib.

"Stellantis"in gəlirləri 2022-ci ildəki 179,59 milyard avro ilə müqayisədə 6% artaraq 189,54 milyard avroya çatıb. Şirkətin mənfəəti isə  11% artaraq 18,6 milyard avroya çatıb.

“Bugünkü rekord maliyyə nəticələri göstərir ki, biz sənayemizdə yeni qlobal liderə çevrilmişik və inamla  2024-cü ilə irəliləyirik"- , deyə şirkətin CEO-su Carlos Tavares deyib. 

Qeyd edək ki, 3 il əvvəl  bonus sistemini tətbiq edən "Stellantis" bu il işçilərinə 1,9 milyard avro paylayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il şirkətin demək olar ki, bütün işçiləri (95%) bu mükafatlardan yararlanmaq hüququna malik olub.

Hazırda şirkətin 200 mindən çox işçisi var. Bir işçiyə orta hesabla 9500 avro civarında mükafatların paylanması hədəflənir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram