Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar ayında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 226,1 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayına nisbətdə 3,6% azdır.
Əlavə edək ki, bu ilin ilk ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!