Azərbaycanın smartfon bazarında “Samsung” və “Xiaomi”nin payı azalıb | Banco.az

Azərbaycanın smartfon bazarında “Samsung” və “Xiaomi”nin payı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2024-cü ilin yanvar ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı azalaraq 27,11% təşkil edib. Dekabr ayında “Samsung”un bazar payı 31,16%, ötən ilin yanvarında isə 43,82% olub.

Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir.

Məlumata görə, Çinin “Xiaomi” markasının bazar payı yanvarda 20,68% olub. Dekabrda bu göstərici 23,36% təşkil edib. Ötən ay ABŞ-ın markası “Apple”ın bazar payı isə dekabrla müqayisədə 15,83%-dən 16,48%-ə yüksəlib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram