Müəllif:Mehin Qasımova/Banco.az
Son illərdə süni intellekt texnologiyalarına investisiyalar artıb. Bir çox şirkət öz süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün milyardlarla dollar xərcləməyə başlayıb. Bu investisiyalar ən çox çip istehsalçılarına fayda verib.
Banco.az xəbər verir ki, ABŞ-ın çip istehsalçısı Nvidia-nın səhmlərinin artımı süni intellekt çiplərinə olan tələbatla ilin əvvəlindən bəri 50 faizdən çox artıb.
Nvidia-nın səhmləri 739 dollara yüksəldiyi halda, şirkətin bazar dəyəri 1,83 trilyon dollara yüksəlib.
Təxminən 1,83 trilyon dollarlıq bazar dəyəri ilə Nvidia Amazon-u, Google-un ana şirkəti olan Alphabet-i geridə qoyub.
Google-un ana şirkəti Alphabet-in bazar dəyəri 1,82 trilyon dollar olaraq hesablanıb.
Beləliklə, "Nvidia" ABŞ-ın üçüncü ən dəyərli şirkəti olub, "Alphabet" isə dördüncü yerdə qərarlaşıb.
Ölkənin ilk iki ən dəyərli şirkəti 3 trilyon dollarla "Microsoft" və 2,8 trilyon dollarla "Apple" şirkətidir.
ABŞ-ın pərakəndə nəhəngi "Amazon" təxminən 1,8 trilyon dollarlıq bazar dəyəri ilə beşinci yerdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!