"iPhone 16 Pro Max" bu göstəricidə rekord qıracaq | Banco.az

"iPhone 16 Pro Max" bu göstəricidə rekord qıracaq

Müəllif:Mehin Qasımova/Banco.az

"İPhone 15" modellərinin təqdim edilməsindən çox keçməsə də , sentyabr ayında satışa çıxarılacaq "iPhone 16" seriyası ilə bağlı yeni məlumatlar gəlməyə davam edir.

Banco.az xarici mediaya istinadən xəbər verir ki,yeni "iPhone" modellərində bir qədər yüksək tutumlu batareyalar istifadə ediləcək.

Belə ki,2024-cü ilin sonuna doğru təqdim olunacaq "iPhone 16 Pro Max" ən uzun batareya ömrü təqdim edən "iPhone" modeli olacaq.

Məlumata görə,təxminən 29 saat olan "iPhone 15 Pro Max" batareyasının ömrü yeni modeldə 30 saatı keçə bilər.

"iPhone 16" modeli 3561 mAh, "iPhone 16 Plus" modeli 4006 mAh, "iPhone 16 Pro Max" modeli isə 4676 mAh batareyaya sahib olacaq.

"iPhone 15" seriyasının batareya tutumları aşağıdakı kimi idi:

Ən sərfəli kredit üçün müraciət et

iPhone 15 - 3,349 mAh

iPhone 15 Plus - 4,383 mAh

iPhone 15 Pro Max - 4,422 mAh

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et