Türkiyə Avropaya gül ixracını artırıb – Siyahıda Azərbaycan da var | Banco.az

Türkiyə Avropaya gül ixracını artırıb – Siyahıda Azərbaycan da var

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

14 fevral Sevgililər Günü münasibətilə Türkiyədən 30 ölkəyə 70 milyon budaq kəsilmiş gül göndərilib. 

Banco.az-ın məlumatına görə, əsasən Hollandiya və İngiltərə edilən gül ixracında 7 milyon dollarlıq valyuta əldə edilib.

Ən çox kəsilmiş gül istehsalının həyata keçirildiyi Antalyada yanvar ayının son həftələrində başlayaraq  beynəlxalq satış üçün hazırlığa başlanılıb. 
Bu barədə açıqlama verən Bəzək Bitkiləri və Məhsulları İxracatçıları Birliyi İdarə Heyətinin Üzvü Ahmet Dumancı bildirib ki, beynəlxalq satışlarda Avropa ölkələri birinci yerdədir. 
“Bunların çoxunu İngiltərə və Hollandiya alır. Bunlardan başqa Rumıniya, Rusiya, Rusiya, Rusiya kimi ölkələrdən də ciddi tələblər var. Xüsusilə qeyd edim ki, Ukrayna, Azərbaycan və Qazaxıstandan da kifayət qədər sifarişimiz var”. 
Qırmızı rəngli güllərin xüsusi olaraq 14 fevral üçün sifariş edildiyini bildirən Dumancı qeyd edib ki, əsas ixrac olan məhsul qərənfildir. 
O qeyd edib ki, il sonuna qədər 180 milyon dollarlıq ixracat etməyi qarşılarına məqsəd qoyublar. 
Qeyd edək ki, ölkəmizdə gül tələbatının 70 % yerli istehsal hesabına qarşılanır. Hazırda Azərbaycanda qızılgüllərin illik istehsalı təqribən 15 milyon ədəd təşkil edir. Bu güllərə yerli bazarın tələbatı təxminən 13-15 milyon ədədə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et