Qızıl ehtiyatlarına görə ölkələrin reytinqi | Banco.az

Qızıl ehtiyatlarına görə ölkələrin reytinqi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ümumdünya Qızıl Şurası qızıl və valyuta ehtiyatlarına görə ölkələrin reytinqini açıqlayıb.

Banco.az xəbər verir ki, Ümumdünya Qızıl Şurasının Beynəlxalq Valyuta Fondunun (BVF) Beynəlxalq Maliyyə Statistikasından əldə etdiyi göstəricilərə əsasən hazırladığı statistikaya görə, ölkələrin qızıl ehtiyatlarına görə sıralaması bəlli olub.

2024-cü ilin fevralına olan məlumata görə, aşağıdakı beş ölkə ən böyük qızıl ehtiyatına malikdir.

Ehtiyatların böyük əksəriyyətinə sahib olan ABŞ 8133,46 tonla siyahının ilk pilləsində qərarlaşıb. Qızıl bu ölkənin xarici ehtiyatlarının 75%-dən çoxunu təşkil edir.

ABŞ-ı Almaniya (3352,65 ton), İtaliya (2451,84 ton), Fransa (2436,97 ton) və Rusiya (2332,74 ton) izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qızıl təhlükəsizlik, likvidlik və gəlirlilik xüsusiyyətlərinə görə mərkəzi bank ehtiyatlarının mühüm tərkib hissəsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram