Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı institutları dövlət xərclərini və büdcə kəsirlərini məhdudlaşdıran İttifaqın maliyyə qaydalarının islahatı ilə bağlı razılığa gəliblər.
Banco.az xəbər verir ki, Avropa Şurası Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən yeni maliyyə qaydalarına dair razılığın əldə edildiyini açıqlayıb.
Bu yeni qaydalara görə, dövlət borcları və büdcə kəsirləri mərhələli, real, davamlı və böyüməyə uyğun şəkildə azaldılacaq. Rəqəmsal və yaşıl transformasiya, sosial və müdafiə xərcləri daxil olmaqla strateji sahələrə investisiyalar isə saxlanılacaq.
Üzv ölkələr orta müddətli maliyyə struktur planları hazırlamalı olacaqlar.
Komissiya dövlət borcunun ümumi daxili məhsulun (ÜDM) 60 faizindən çox olduğu və ya dövlət kəsirinin ÜDM-in 3 faizindən çox olduğu üzv ölkələrə istinad trayektoriyası təqdim edəcək.
Xatırladaq ki, Avropa Komissiyası Aİ-nin maliyyə qaydalarının islahatını ehtiva edən tənzimləyici təklifini ötən il açıqlamışdı.
Sözügedən yeni qaydalar üzv ölkələrin və Avropa Parlamentinin təsdiqinin ardınca Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!