Ceff Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satdı | Banco.az

Ceff Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satdı

Müəllif:Mehin Qasımova/Banco.az

Amazon-un qurucusu Ceff Bezos şirkətin 2 milyard dollarlıq səhmlərini satıb.

Banco.az xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.

"Amazon" səhmləri fevralın 2-də 7,87 faiz bahalaşaraq 171,81 dollar olub. Milyarderin "Amazon" səhmlərinin təxminən 10 faizinə - 976 milyona sahib olduğu qeyd edilir. Bunların təxminən bir faizini - 12 milyon səhm satıb.

Nəşrin məlumatına görə, Bezos iki ildən artıq müddətdə ilk dəfə şirkətin qiymətli kağızlarını satır. Bu, Amazon qurucusunun əlverişli vergi şərtlərinin olduğu  Mayamiyə köçməsi ilə baş verib.

Dekabr ayında Bezosun dörd malikanə aldığı bildirilir. Milyarderin aşkar etdildiyi daşınmaz əmlakın ümumi dəyəri 45 milyon dollardır. Bir malikanə 37,5 milyon dollara başa gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram