Hindistan Rusiyanın premium neftini almaqdan imtina edib | Banco.az

Hindistan Rusiyanın premium neftini almaqdan imtina edib

Müəllif:Mehin Qasımova/Banco.az

Hindistan sanksiyalara görə Rusiyanın bahalı Sokol neftini almaqdan imtina edib.

Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Belə ki, neftin bu növü bir barel üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edilmiş qiymət tavanından xeyli yuxarı satılır və bu, daha ucuz Urals sinfinə üstünlük verən alıcılara uyğun gəlmir. 

Hindistanın neft emalı şirkəti Bharat Petroleum Corp-un rəhbəri Sanjay Khan bildirib ki, şirkət Rusiyadan xammal almağı dayandırmaq niyyətində deyil , lakin qiymət məsələsi əsas olaraq qalır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yanvarda Rusiyanın neft və qaz gəlirləri baza səviyyəsindən aşağı olub.

Maliyyə Nazirliyi isə vəziyyəti tədarükün fiziki həcmlərinin azalması ilə izah edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et