Elektromobillər üçün "Yaşıl Kart" tarifləri müəyyənləşib | Banco.az

Elektromobillər üçün "Yaşıl Kart" tarifləri müəyyənləşib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycandan Türkiyə, İran, Belarus, Moldova, Rusiya, Ukraynaya və bu sistemə daxil olan digər ölkələrə gedən Azərbaycan qeydiyyatlı elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün "Yaşıl Kart"ın müddətdən asılı olaraq qiymətləri (sığorta haqları) müəyyənləşib.

Belə ki, Azərbaycandan Türkiyə və İrana gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 17 manat, 3 aylıq sığorta haqqı 50 manat, 6 ay aylıq sığorta haqqı 70 manat, 12 aylıq sığorta haqqı 90 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 12 manat, 3 aylıq sığorta haqqı 35 manat, 6 aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 70 manat, digər ölkələrə gedən elektromobillər üçün isə 1 aylıq sığorta haqqı 35 manat, 3 aylıq sığorta haqqı 60 manat, 6 aylıq sığorta haqqı 80 manat, 12 aylıq sığorta haqqı 150 manat müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et