Müəllif:Mehin Qasımova/Banco.az
Hollandiyanın ana şirkəti Yandex NV, Yandex biznesini özəl investorlar konsorsiumuna satmaq üçün müqavilə bağlayıb.
Banco.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Belə ki, bundan sonra "Yandex" NV qrupun ana şirkəti olmağı dayandıracaq və avqusta qədər adını dəyişəcək. Eyni zamanda, şirkət Yandex brendlərindən istifadəni dayandıracaq.
Yeni ana struktur Beynəlxalq Şirkət Səhmdar Cəmiyyəti (ICAO) “Yandex” olacaq. "Yandex" NV 2024-cü ilin sonuna qədər öz texnologiyalarından istifadə etmək üçün məhdud hüquqlara sahib olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!