Neftin qiyməti sual altındadır: “OPEC+” bareli 90 dollara qaldıracaq? | Banco.az

Neftin qiyməti sual altındadır: “OPEC+” bareli 90 dollara qaldıracaq?

Müəllif:Mehin Qasımova/Banco.az

Hər il ənənəvi olaraq yanvarın sonu - fevralın əvvəlində hasilatçı ölkələrin icmasının monitorinq şurasına daxil olan OPEC plyusun iclası baş tutur.

Banco.az xəbər verir ki,  alyans ekspertlərinin ilk iclası çox vaxt alyans üzvlərinin əhval-ruhiyyəsini və maraqlarını anlamağa şərait yaratmaqla yanaşı sonrakı aylarda verilən qərarlara təsir edir.

Hazırda Brent neftin bir barelinin qiyməti 80 dollar civarındadır. Hazırda Afrika OPEC+ üzvləri, xüsusilə Anqola və Nigeriya hasilatın və xammaldan ixrac gəlirlərinin artırılmasına qarşı deyil. Onlar öz mövqelərini bu il “qara qızıl”a tələbatın sutkada 1,25 milyon barel artıracağını elan edən Beynəlxalq Enerji Agentliyinin proqnozları ilə əsaslandırıblar.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla, əsas istehsalçı bölgələrdən mövcud təchizat hər gün gözlənilməz maneələrlə qarşılaşır.
Ekspertlərin fikrincə Qırmızı dənizdəki geosiyasi vəziyyət dünya bazarında neftin qiymətinin artmasına səbəb olur. 
Bütün OPEC+ iştirakçıları üçün ən rahat qiymət Brent neftinin qiymətinin 90 dollar həddində olmasıdır, lakin “barel” kotirovkaları 80 dollar daxilində olduğu müddətdə heç kim kəskin addımlar atmayacaq. 

Qiymətlər 70-75 dollar/barelə endikdən sonra alyans əlavə hasilatı azaldacaq.

Kotirovkaların artmasına Ərəbistan yarımadasında gərginliyin artması kömək edir. İlin əvvəlindən Brent barreli 4,4% bahalaşıb və artım tendensiyası davam edir. Panama kanalının dayazlaşması və husilərin Bab əl-Məndəb boğazında gəmiləri atəşə tutması ilə əlaqədar beynəlxalq logistikada yaranan fasilələr yüklərin daşınmasına daha çox yanacaq sərf etməyə məcbur edir.

Ekspertlər hesab edir ki, OPEC+ tərəfdaşları Qərbin Rusiyaya qarşı enerji sanksiyalarından hələ də narahat deyillər. 
“Neft istehlakçılarının OPEC+ iştirakçılarına qarşı sanksiyaları mənfi qarşılanır və bütün tədarükçülərə təzyiq faktorudur”, - deyə Freedom Finance Global analitiki qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram