Müəllif: Gülnar Əhmədli, Banco.az
Video paylaşma saytı "YouTube" internet istifadəçisi olan demək olar ki, hər kəsin gündəlik həyatında mühüm yer tutur. Çünki müasir dövrdə internetin ən populyar ünvanlarından biri olan "YouTube"da milyonlarla fərqli insan tərəfindən paylaşılan saysız-hesabsız videolar yer alır. Üstəlik, "YouTube"un yalnız əyləncə vasitəsi kimi göründüyü günlər çoxdan geridə qalıb.
Belə ki, bu məşhur vebsayt bəzi insanlar üçün ən vacib təhsil vasitəsidir. Mürəkkəb elmi nəzəriyyələr haqqında təsəvvür əldə etmək üçün "YouTube"a baş çəkənlər də var, xarab olan məişət texnikasını necə təmir edəcəyini öyrənmək üçün ekran qarşısında əyləşənlər də var. Bir sözlə, "YouTube" təhsildən siyasətə, əyləncədən sənətə qədər demək olar ki, hər mövzuda saysız-hesabsız məzmunu ilə diqqət çəkir. Bəs hər gün milyonlarla insanın ziyarət etdiyi bu rəqəmsal mühitin ən populyar videoları hansılardır?
Bütün zamanların ən çox baxılan "YouTube" videolarını təqdim edirik:
1. Baby Shark Dance: 14 milyard baxış
2. Despacito: 8,4 milyard baxış
3. Johny Johny Yes Papa: 6,9 milyard baxış
4. Bath Song: 6,6 milyard baxış
5. Shape of You: 6,2 milyard baxış
6. See You Again: 6,2 milyard baxış
7. Wheels on the Bus: 5,9 milyard baxış
8. Phonics Song with Two Words: 5,7 milyard baxış
9. Uptown Funk: 5,2 milyard baxış
10. Learning Colors – Colorful Eggs on a Farm: 5,1 milyard baxış
Bizi sosial şəbəkələrdən izləyin!!