Müəllif:Mehin Qasımova/Banco.az
Hindistanda rekord kapital axını qeydə alınıb.
Banco.az xəbər verir ki, bu barədə Hindistanın “Business Standard” nəşri yazır .
Belə ki, xarici investorlar bir ay ərzində ölkədən 3,4 milyard dollar dəyərində aktivlərini çıxarıblar.
Bu dinamikanın əsas səbəbləri ölkədə xarici investisiyaların böyük payına malik iri şirkətlərin məyusedici maliyyə nəticələri, ABŞ istiqrazlarının gəlirliliyi və geosiyasi qeyri-müəyyənliyin artmasıdır.
Məlumata görə,investorlar Çinə investisiya etmək üçün Hindistandan pul köçürürlər.
Ekspertlərin fikrincə, gələcəkdə ölkəyə yatırılan xarici investisiyaların həcminə Hindistan büdcəsi, inkişaf etmiş ölkələrdə faiz dərəcələrinin dinamikası, eləcə də Çin iqtisadiyyatındakı vəziyyət təsir edəcək. İqtisadçılar 2023-24 maliyyə ilində iqtisadiyyatının 7,3 faiz artacağını proqnozlaşdırır.
Qeyd edək ki,yanvarın 22-də Hindistan birjalarında - Hindistanın Milli Fond Birjasında (NSE) və Bombay Fond Birjasında (BSE) listinq edilmiş səhmlərin ümumi dəyəri 4,33 trilyon dollara çatıb. Beləliklə, Hindistan fond bazarı bu göstərici ilə ilk dəfə olaraq Honq-Konqu (4,29 trilyon dollar) üstələyərək dünyanın dördüncü ən böyük qiymətli kağız bazarı olub. Eyni zamanda, Hindistan fond birjaları dörd trilyon dollar həddini 5 dekabr 2023-cü ildə keçib və son dörd ildə ümumi kapitallaşmanın təxminən yarısı əlavə edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!