Azərbaycanlı milyarderin sərvəti artdı | Banco.az

Azərbaycanlı milyarderin sərvəti artdı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 7,953 milyard dollar artıb.

Banco.az “Bloomberg”ə istinadən məlumat verir ki, “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 2,14 milyard dollar artaraq, 23 milyard dollar təşkil edib. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti 1,35 milyard dollar artaraq, 25,3 milyard dollara yüksəlib.

Siyahıda əslən Azərbaycandan olan Vahid Ələkbərovun da adı var.  Lukoylun təsisçisi Vahid Ələkbərov ötən il ərzində 838 milyon dollar varlanaraq, sərvətini 25,5 milyard dollara çatdırıb. 2023-cü il ərzində “Novatek”in səhmdarı Gennadi Timçenkonun sərvəti nisbətən azalıb.

Varidatından 248 milyon dollar itirən Timçenkonun hazırkı sərvəti 13,9 milyard dollardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram