Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Azərbaycan 162.8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 22.4 milyon dollar və ya 12.1% azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, 2022-ci ilin eyni dövründə qızıl ixracının ümumi dəyəri 185.2 milyon dollara bərabər olub.
Təkcə dekabr ayında qızıl ixracının dəyəri isə 19.5 milyon dollar olub ki, bu da illik müqayisədə 33% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!