Müəllif:Mehin Qasımova/Banco.az
Avropada iyul ayından etibarən yeni avtomobillər qara qutularla təchiz olunmağa başlayacaq.
Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
"EDR" avtomobilin markası və modeli, həmçinin avtomobildə quraşdırılmış avadanlıq haqqında məlumatları saxlayacaq.
Tipik olaraq, bu cür sistemlər hava yastığı idarəetmə blokuna quraşdırılıb və onları söndürmək olmaz. Təhlükəsizlik yastıqları və kəmər dartıcıları işə salındıqda və ya 0,15 saniyə ərzində 8 km/saatdan çox yan və ya uzununa sürət dəyişikliyi aşkar edildikdə məlumatların qeydə alınması avtomatik olaraq başlayacaq.
Qeyd olunur ki, EDR tərəfindən toplanan bütün məlumatlar anonimləşdiriləcək. Səlahiyyətli orqanlar yol qəzalarını yenidən qurmaq və qəzaların səbəblərini müəyyən etməyə kömək etmək üçün qara qutulardan məlumat əldə edəcəklər. Eyni zamanda, ABŞ-da Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, satılan yeni avtomobillərin 99,5%-i artıq analoji qurğularla təchiz olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!