Ölkə banklarının faiz gəlirləri 3,4 mlrd. manatı ötüb | Banco.az

Ölkə banklarının faiz gəlirləri 3,4 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayının əvvəlinə Azərbaycan bankları 3 milyard 492 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 9,9%, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 27,5% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin noyabr ayının sonunda 3 milyard 177 milyon manata, 2023-cü ilin yanvar ayının 1-də isə 2 milyard 738 milyon manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə kreditlər üzrə faiz gəlirləri isə 2 milyard 573 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram